“Türkmənistan Hava Yolları” Aşqabad-Moskva uçuşlarının dayandırılmasını daha bir ay uzadıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının Rusiyadakı baş agentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müddət martın 31-dək uzadılıb.
“Türkmənistan Hava Yolları” əvvəlcə 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reysləri ləğv edib. Fevral ayında şirkət bu marşrut üzrə uçuşların dayandırılmasını uzadıb.
“Türkmənistan Hava Yolları” həmçinin 2024-cü il iyunun 2-dən Aşqabad-Kazan-Aşqabad marşrutu üzrə uçuşları müvəqqəti dayandırıb.
Uçuşların təxirə salınmasının səbəbləri barədə məlumat verilmir.