Türkmənistan Əfqanıstanla dəmiryolunun tikintisini bərpa etdibackend

Türkmənistan Əfqanıstanla dəmiryolunun tikintisini bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan ilə Əfqanıstan arasında “Kərki-İmamnazar-Akina-Andhoy” dəmir yolu sahəsində tikinti işləri bərpa olunub. Hazırda Əfqanıstanın “Akina-Andhoy” sahəsində texniki-sazlama işləri aparılır və yaxın zamanlarda başa çatdırılması nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, Türkmənistan Əfqanıstanda sülh və iqtisadi inkişaf yolunda əfqan xalqına hərtərəfli dəstək verməyə davam edir. Türkmənistanın Kabildəki səfirliyi, habelə Herat və Məzari-Şərifdəki baş konsulluqlar adi qaydada fəaliyyət göstərirlər.

Xatırladaq ki, “Kərki-İmamnazar-Akina-Andhoy” dəmir yolu magistralının tikintisinə 2014-cü il iyunun 6-da başlanılıb. Əfqanıstanda “Akina-Andhoy” dəmir yolunun 30 kilometrlik hissəsinin açılış mərasimi 2021-ci yanvarın 14-də keçirilib./Axar.az