Türkmənistan Prezidenti Əfqanıstanda vəziyyətin sabitləşməsinin şərtlərini açıqlayıbbackend

Türkmənistan Prezidenti Əfqanıstanda vəziyyətin sabitləşməsinin şərtlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstanda sabitliyin, dayanıqlı iqtisadi inkişafın, həm regional, həm də dünya iqtisadi proseslərinə uğurla inteqrasiyanın ən vacib şərti böyük infrastruktur layihələrinin həyata keçirilməsidir”.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

Əfqanıstandakı vəziyyətlə bağlı sualı cavablandıran dövlət başçısı bildirib ki, beynəlxalq infrastuktur layihələri çərçivəsində adıçəkilən ölkədə vəziyyət sabitləşəcək: “Bu cür layihələrin uğurla həyata keçirilməsi qardaş Əfqanıstanın iqtisadi inkişafına güclü təkan verəcək, xarici investorların səmərəli fəaliyyətini stimullaşdıracaq”.