Yaxın gələcəkdə Ukraynada atəşkəs və ölkə üçün təhlükəsizlik təminatları ilə bağlı mühüm bəyanatlar gözləmək olar.
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
Onun sözlərinə görə, Donald Trampın Ukrayna ilə bağlı planı hazırda hazırlıq mərhələsindədir.
“Bu, şübhəsiz ki, ABŞ-ın Ukrayna işlərinə daha az müdaxiləsini nəzərdə tutan qərarlar olacaq”, – Tusk bildirib.