Polşanın yeni baş naziri Donald Tusk Ukrayna prezidenti Vladimir Zelenski ilə sabah, dekabrın 14-də görüş keçirə bilər.
NOCOMMENT.az xəbər verir ki , Tusk bu barədə Aİ-Qərbi Balkan sammitindən əvvəl jurnalistlərə bildirib .
Polşa hökumətinin başçısı bildirib ki, Ukrayna tərəfi Zelenski ilə sabah, dekabrın 14-də səhər saatlarında görüş keçirməyi təklif edib. Texniki detallar hələ də müzakirə olunur.
Eyni zamanda, Tusk qeyd edib ki, prezident Zelenskinin sabah, dekabrın 14-də başlayacaq Avropa İttifaqı liderlərinin sammitində dəqiq necə iştirak edəcəyi hələ məlum deyil.