Tutun saymaqla bitməyən FAYDALARIbackend

Tutun saymaqla bitməyən FAYDALARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər kəsin sevərək yediyi qırmızı, qara və ağ tut ləzzətli olması ilə yanaşı insan sağlamlığına inanılmaz faydaları var.

NOCOMMENT.az -ın məlumatına görə mütəxəssislər hər gün bir stəkan tut yeməyin faydalarını açıqlayıblar.

Xərçəngdən qoruyur

Tərkibində olan A və C vitaminləri və antioksidantlar xərçəng hüceyrələrinin inkişaf riskini azaldır.

İmmuntet sisteminə təsiri

Kiçik amma faydaları böyük olan bu meyvədən hər gün bir porsiya yesəniz, C vitamini ehtiyacınızı ödəyərək immuntet sisteminizi gücləndirə bilərsiz.

Qan azlığına faydası

Dəmirlə zəngin olan tut qırmızı qan hüceyrələrinin inkişafına  və metobolizmanın sürətlənməsinə kömək edir. Tərkibində olan resveratrol isə qan təzyiqinin tənzimlənməsinə kömək edir.

Həzm sisteminə təsiri

Hər gün bir porsiya tut yeyərək lif ehtiyacıınızı ödəyə bilərsiniz. Qəbul etdiyiniz lif sayəsində isə həzm sistemində olan problemlərdən və xolestroldan azad olmaq mümkündür.

Göz sağlamlığını qoruyur

Tutun tərkibində olan maddələr gözün retinasında meydana çıxa biləcək problemlərdən və katarakt kimi xəstəlikdən qoruyur.

İnfeksiyalarla mübarizə aparır

Araşdırmalara görə bu meyvənin yarpaqları belə xroniki xəstəliklərdən və infeksiyalardan qoruyur və ağrıların azalmasına kömək edir. Ancaq təzyiq problemi olanlar və davamlı dərman istifadə edənlər istifadədən əvvəl həkim məsləhətinə müraciət etməlidir.

Sümüklərə və tez yaşlanmaya faydası

Kalsium, dəmir, fosfor və maqnezium ilə zəngin olan tut sümüklərin inkişafına kömək edir. Yaş artıqca güclü sümüklərə sahib olmaq istəyirsinizsə mövsümündə bol-bol tut yeməyiniz məsləhət görülür. Həmçinin dəridə ləkə və qırışıqlığı azaldan, saçları qoruyan bu meyvə A vitamini sayəsində dərinizi qidalandır və tez yaşlanmanın qarşısını alır.

Qeyd edək ki, diabet xəstələri tut yeyərkən  qoz, badam və ya süd, qatıq kimi proteyinlərə yanında yer ayırsalar daha yaxşı olar. Beləliklə qan şəkərinizin anidən yüksəlməsinin qarşısını ala bilərsiniz.