“5 gün Mikayıl ilə” verilişində maraqlı, eyni zamanda gərgin anlar yaşanıb. Proqrama qonaq olan müğənni Ruslan Əbilov və ifaçı Canan arasında fikir ayrılığı yaranıb.
NOCOMMENT.az xəbər verir ki, söhbət zamanı hər iki sənətçi bir-birinə sərt fikirlər səsləndirib və efirdə qısa müddətli qalmaqal baş verib. Hadisə zamanı aparıcı Mikayıl vəziyyəti sakitləşdirməyə çalışsa da, müğənnilər arasında qarşılıqlı iradlar davam edib.
Sosial şəbəkələrdə yayılan kadrlar izləyicilər arasında böyük maraq doğurub. Bir çoxları bu qarşıdurmanı “reytinq oyunu” kimi dəyərləndirsə də, digərləri efirdə yaşanan gərginliyin real olduğunu bildirib.












