Tvitter simvol limitini ARTIRIR?backend

Tvitter simvol limitini ARTIRIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter”-in yeni CEO-su İlon Mask sosial media şirkəti üçün uzun müddətdir tələb olunan daha çox simvolla mesaj yazma xüsusiyyəti üzərində çalışdıqlarını açıqladı.

NOCOMMENT.az xəbər verir ki, xarakter limitinin 280 əvəzinə 1000-ə qədər artırılmasını təklif edən istifadəçiyə Mask, “görüləcək işlər siyahısındadır” deyə cavab verib.

Bu açıqlama sosial media platformasında “Twitter 2.0” çərçivəsində gələcək yeni dəyişikliklərə işarədir.

Platformada hazırda hər mesaj üçün 280 simvol limiti var. Plan – simvolların sayını minə, yəni indiki uzunluğun təxminən 4 qatına çatdırmaqdır.

Bu xüsusiyyətin nə vaxt və kimə təqdim ediləcəyi barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, uzun müddət ərzində şirkət Maskdan əvvəlki dövrdə limiti iki dəfə artırmazdan qabaq yalnız 140 simvola icazə verirdi.

Jalə Bədirova

NOCOMMENT.az