Tvitterdə skandal! Milyonlarla insan əziyyət çəkdibackend

Tvitterdə skandal! Milyonlarla insan əziyyət çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5,4 milyondan çox Tvitter istifadəçisi haqqında ictimai olmayan məlumatlar parolun sındırılması forumunda pulsuz paylaşılıb.

NOCOMMENT.az xəbər verir ki, məlumatları yayılan qurbanlar arasında bəzi məşhurların və siyasətçilərin də olduğu bildirilib.

Paylaşılan məlumatlar arasında elektron poçt ünvanlarından tutmuş mobil telefon nömrələrinə qədər bir çox şəxsi məlumatlar var.

Paylaşılan məlumatlara həmçinin Twitter ID, hesaba giriş adı, yerlər və təsdiqlənmiş statuslar kimi məlumatlar da daxil olduğu bildirilib.

Məlumat müxtəlif proqramların bir-biri ilə əlaqə saxlamasına imkan verən proqram təminatı zəifliyi olan Tvitter-də API (tətbiq proqramlaşdırma interfeysi) vasitəsilə ötən ilin dekabrında oğurlanıb.

Jalə Bədirova

NOCOMMENT.az