Tvitterə haker hücumu edənlər saxlanılıbbackend

Tvitterə haker hücumu edənlər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Twitter” sosial şəbəkəsinə haker hücumu ilə bağlı aparılan araşdırma nəticəsində üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, onlardan biri 19 yaşlı Böyük Britaniya sakini Meyson Şeppardır. O, elektron fırıldaqçılıq, çirkli pulların yuyulması və digər insanların kompüter sistemlərinə icazəsiz giriş əldə etməkdə ittiham olunur.

Bundan başqa, 22 yaşlı Florida sakini Nimu Fazel və 17 yaşı olduğu üçün adı açıqlanmayan daha bir şəxs saxlanılıb

“WFLA” televiziya kanalı isə bildirib ki, 17 yaşlı yeniyetmə Florida ştatının Tampa şəhərində tutulub və ona qarşı 30 ittiham irəli sürülüb.

Xatırladaq ki, iyulun 15-də bir sıra tanınmış şirkətlərin və şəxslərin “Twitter”dəki hesabları haker hücumuna məruz qalmışdı.

Onların arasında “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın, “Microsoft” korporasiyasının banisi Bill Qeytsin, Amazon şirkətinin rəhbəri Ceff Bezosun, “Berkshire Hathaway” investisiya fondunun rəhbəri Vorren Baffetin, ABŞ-ın sabiq prezidenti Barak Obamanın, ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin də hesabları var idi.