Twitter çökdü – DeSantis ABŞ prezidentliyinə namizədliyini elan etdiyi anbackend

Twitter çökdü – DeSantis ABŞ prezidentliyinə namizədliyini elan etdiyi an

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Twitter sahibi Elon Musk və Florida qubernatoru Ron DeSantis arasında çox gözlənilən canlı səsli söhbət zamanı Twitter dəfələrlə çökdü və siyasətçinin Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürdüyü barədə açıqlamasını kəsdi.

NOCOMMENT xəbər verir ki, ABŞ gələn il prezident seçkiləri üçün sandıq başına gedəcək. Prezident Co Bayden keçən ay yenidən namizədliyini irəli sürəcəyini açıqlamışdı. Keçmiş prezident Donald Tramp hər fürsətdə namizəd olduğunu bəyan etməkdən çəkinmir.

Respublikaçılar qanadından yeni namizədlər gəlməkdə davam edir. Respublikaçı Florida qubernatoru Ron DeSantis prezidentliyə namizədliyini rəsmən açıqlayıb.