“Twitter”də Xocalı ilə bağlı həşteq dünya trendində birinci oldu – Fotobackend

“Twitter”də Xocalı ilə bağlı həşteq dünya trendində birinci oldu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Twitter”də sosial şəbəkə istifadəçiləri tərəfindən Xocalı soyqırımının dünyaya tanıdılması, “Xocalıya Ədalət” naminə müxtəlif dillərdə (ingilis, rus, alman və fransız) kampaniya keçirilib.

NOCOMMENT.az xəbər verir ki, kampaniya çərçivəsində #JusticeforKhojaly həştəqi dünya trendində 1-ci yer, #HocalıKatliamı isə 5-ci yerdə olub.

Amerika trendində #JusticeforKhojaly 4-cü yer, Fransa trendində 3-cü yer, Kanada trendində isə 2-ci yerdə olub.

Türkiyə trendində isə #HocalıKatliamı 1-ci yer, #HocalıSoykırımı 2-ci yerdə qərarlaşıb.

Paylaşımlarda dövlət rəsmiləri, beynəlxalq təşkilatlar işarələnərək bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməsi vurğulanıb.

Report