Çitadan Moskvaya uçan təyyarə quşun mühərrikə girməsi səbəbindən havaya qalxa bilməyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Chita.ru məlumat yayıb.
“Ural Hava Yolları” aviaşirkətinin 24 iyul tarixində rəsmi Telegram kanalında verilən məlumata görə, Çita–Moskva marşrutu üzrə U694 reysi quşun təyyarənin mühərrikinə girməsi səbəbindən təxirə salınıb.
Bildirilib ki, hadisə təyyarənin uçuş zolağında qaçış (sürətlənmə) zamanı baş verib. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə U694 reysinin ekipajı uçuşu ləğv etmək qərarı verib. Hazırda mütəxəssislər mühərrikin zədələnib-zədələnmədiyini yoxlayırlar.