“Uber” taksi sürücülərinə 272 milyon dollar cərimə ödəyəcəkbackend

“Uber” taksi sürücülərinə 272 milyon dollar cərimə ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal taksi şirkəti “Uber” Avstraliyada sürücülərin “maliyyə itkiləri” üçün təxminən 178 milyon dollar ödəyəcək.

Qaynarinfo-nun məlumatına görə, qlobal taksi tətbiqi “Uber” ölkə bazarına daxil olduqdan sonra taksi və şəxsi avtomobil sürücülərinin iqtisadi itkilərini ödəmək üçün təxminən 178 milyon dollar ödəməyə razılaşıb.

“ABC News”un məlumatına görə, ölkədə taksi və şəxsi avtomobil sürücüsü kimi çalışan səkkiz mindən çox insanı təmsil edən vəkillər 2019-cu ildə “Uber”ə qarşı qaldırılan iddia ilə bağlı açıqlama verib. “Uber”in ölkə bazarına girməsindən sonra taksi və şəxsi avtomobil sürücülərinin iqtisadi itkilərə məruz qaldığını bildirən hüquqşünaslar şirkətin uzun müddət bu itkiləri ödəməkdən çəkindiyini, lakin nəhayət ortaq məxrəcə gəldiklərini bildiriblər.

“Uber” təqribən 178 milyon dollar (272 milyon ABŞ dolları) ödəməyə razılaşıb. Lakin bunun üçün ali məhkəmənin razılığı tələb olunur.

2019-cu ildə “Uber”ə qarşı taksi və şəxsi nəqliyyat vasitələrinin sürücülərinə qarşı qanunsuz fəaliyyət göstərdiyi, nəticədə bunun haqsız rəqabət olduğu əsası ilə iddia qaldırılmışdı.