Üç il əvvəl məndən Qarabağla bağlı bu tələb olunurdubackend

Üç il əvvəl məndən Qarabağla bağlı bu tələb olunurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə biz hakimiyyətə gələndə Qarabağın nizamlanması ilə bağlı danışıqlar prosesi dalana dirənmişdi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

“Problem ondadır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağın nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini ifadə edirdilər. Onu qeyd etmək lazımdır ki, bu mövqe 2018-ci ildə yox, xeyli əvvəl formalaşmışdı”, – deyə o bildirib.

O, 2016-cı ildə həmsədrlər Qarabağa aralıq statusunun verilməsi ideyasından imtinanı təklif ediblər: “Məsələ başqa formada qoyulmuşdu. Status qarşılığında ərazi, sülh qarşılığında ərazi formulları vardı. 2016-2018-ci illərdə isə heç nə qarşılığında ərazi formulu formalaşmışdı. 2018-ci ildə danışıqlar prosesi bizə məhz belə miras qalmışdı. Bizim güvəndiyimiz vasitəçilər və beynəlxalq ictimaiyyət qarşımızda əraziləri qaytarmaq hədəfi qoymuşdular”.

Qeyd edək ki, ötən gün Sarkisyan Nikol Paşinyanın Qarabağ danışıqları ilə bağlı gizli səs yazısını yayıb. Həmin səs yazısında Paşinyan əraziləri qaytarmağa məcbur edildiyini, buna görə də danışıqlardan çıxmaq üçün “özünü dəliliyə qoyacağını” açıq şəkildə etiraf edir.