Üç mindən çox abituriyent imtahanlara gəlməyib – DİMbackend

Üç mindən çox abituriyent imtahanlara gəlməyib – DİM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) 1-2 iyul 2021-ci il tarixlərində keçirilən imtahanlarda iştirak etməyən abituriyentlərin sayını açıqlayıb.

DİM-dən NOCOMMENT.az-a bildirilib ki, bu imtahanlarında iştirakı nəzərdə tutulan 22 679 nəfərdən 3 437 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Qeyd edək ki, 1-2 iyul 2021-ci il tarixlərində aşağıdakı imtahanlar keçirilib:

1. əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.