Üç ölkədən Paşinyana vəd: Onu inandırmağa çalışırlar ki…backend

Üç ölkədən Paşinyana vəd: Onu inandırmağa çalışırlar ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur”.

NOCOMMENT xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkə hesabında yazıb deyib.

Ekspert bölgədəki son gəlişmələrə diqqət çəkib: “İl ərzində Fransa Prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana gəldilər və bu ölkənin Baş naziri Nikol Paşinyanla qapalı müzakirələr apardılar. Bu səfərləri birləşdirən əsas amil Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşmağa inandırmaq idi.

Paşinyan və onun komanda üzvləri Rusiyadan narazıdırlar, düşünürlər ki, Azərbaycan Kremlin susqunluğundan istifadə edərək bölgədə mövqelərini gücləndirir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması il ərzində Qərb ölkələrindən İrəvana edilən səfərlərin və müzakirələrin məntiqi nəticəsidir. Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi lazımdır. Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur”.