Üç ölkədən Xəzərdə birgə əməliyyat: saxlanılanlar varbackend

Üç ölkədən Xəzərdə birgə əməliyyat: saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan sərhədçiləri rusiyalı və azərbaycanlı həmkarları ilə birlikdə aprelin əvvəlindən Xəzər dənizinin akvatoriyasında 60-dan çox brakonyer saxlayıblar.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.

“Aprelin 1-dən Qazaxıstan MTK-nın Sərhəd Xidməti tərəfindən respublikanın müvafiq dövlət orqanları, eləcə də Azərbaycan və Rusiya sərhəd idarələri ilə birlikdə Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi üzrə əməliyyat-profilaktik tədbirlərin növbəti mərhələsi həyata keçirilir. Birgə əməliyyatlar başlayandan bəri 39 kiçik gəmidə 63 cinayətkar saxlanılıb, 187 km brakonyerlik silahı ələ keçirilib. İnzibati cərimələrin məbləği 3 milyon təngədən (6,6 min dollar) çox olub. Ümumilikdə, 1041 nərə balığı, 14 min 659 sıx torla tutulan balıq və 63 suiti təbii yaşayış mühitinə buraxılıb, – məlumatda bildirilib.