Üç şahmatçımızın beynəlxalq titulu tanındı – RƏSMİbackend

Üç şahmatçımızın beynəlxalq titulu tanındı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrosmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib.

FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrosmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster kimi tarixə düşüb.