Uçan avtomobillərin istehsalına başlanılırbackend

Uçan avtomobillərin istehsalına başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada uçan avtomobillərin istehsalına başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, müəssisənin istehsal gücü ildə 100 ədəd uçan maşın təşkil edir.

Salonda üç oturacağı olan “SD-05” avtomobili 12 elektrik mühərriki ilə təchiz olunub. Şaquli uçuş və eniş həyata keçirmək qabiliyyətinə malikdir. Onun maksimal sürəti saatda 100 kilometr, uçuş məsafəsi isə 15 kilometrdir.

2029-cu ilədək uçuş məsafəsinin 30 kilometrə çatdırılması, 2031-ci ilədək isə avtomobilin avtonom idarəetmə sistemi ilə təchizatı planlaşdırılır.