Ucar rayonunda kütləvi zəhərlənmə halı baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə 14 nəfər (üç kişi, 11 qadın) müraciət edib.
Ucar Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
Qeyd olunub ki, müraciətlər səhər saat 11:00-dan etibarən daxil olmağa başlayıb.
“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.
Onların nədən zəhərlənməsi hələ ki, məlum deyil.









