Ucarda üzərinə benzin tökərək yandıran əlil ölübbackend

Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarda üzərinə benzin tökərək yandıran II dərəcə əlil ölüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II dərəcə əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.