Ucarda yolsuzluq problemi nə vaxt həll olunacaq? – VİDEObackend

Ucarda yolsuzluq problemi nə vaxt həll olunacaq? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kələ kötür yollar… Yolda əmələ gələn böyük çuxurlar…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Ucarın Qaradağlı kəndi Bakı-Qazax magistralının üzərində yerləşir. Kəndi rayon mərkəzi ilə vur-tut 4-5 km məsafə ayırır. Amma Çiyni-Qaradağlı yolunu əhatə edən ümumilikdə 7600 metr məsafənin asfalt qatı tamamilə dağılıb, istismar müddətini başa vurub. Lakin, başqa əlacı olmayan sakinlər istər piyada, istərsə də nəqliyyat vasitələri ilə bu yoldan istifadə edir, əziyyətlərə və çətinliklərə də məcburən qatlaşmalı olurlar.

Sakinlər deyir ki, kənddə kənddəki hüzürlərdən ehsan pulları bir müddətdir yığışdırılıb, amma hansı qapıda hüzür düşürsə, ehsan xatirinə yollara çınqıl daşlara tökdürürlər. Lakin bu da çox çəkmir, hava yağıntılı olan ərəfələrdə çınqıl daşlar yenidən dağılır, yol əvvəlki vəziyyətinə qayıdır.

Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, yolların təmiri dövlət proqramı əsasında həyata keçirilir. Mövcud yol da proqrama salınıb, vəsait ayrılacağı təqdirdə məsələ həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.