Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb – FOTObackend

Ucarda zəncirvari qəza olub, 10 nəfər xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarda baş verən yol qəzasında xəsarət alanların sayı on nəfərə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, onlardan səkkiz nəfərin şəxsiyyəti məlumdur.

Bunlar – “Mercedes”in sürücüsü Rəşad Lətifov, onun sərnişini Bənurə adlı xanım, “Toyota”nın sürücüsü Cəlal Cəfərov, sərnişinləri – 1968-ci il təvəllüdlü Mehparə Xudayeva, 1956-cı il təvəllüdlü Solmaz Xudayeva, Qazağıstan vətəndaşları – 2000-ci il təvəllüdlü Rutkay Ceylan, anası 1975-ci il təvəllüdlü Marqarita Ceylan və atası Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Riza Ceylandır.

Hələlik 2 nəfərin şəxsiyyəti dəqiqləşməyib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA nın sorğusuna cavab olaraq bildirilib ki, Ucar-Zərdab yolunun Lək kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır.