Ağdamın Quzanlı qəsəbəsində üçotaqlı fərdi yaşayış evində baş verən yanğın zamanı xəsarət alanlar var.
NOCOMMENT.az məlumatına görə, yanğın qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə qeydə alınıb.
Yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zananı hər iki şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.
Evdə baş verən yanğın FHN-in yanğınsöndürmə briqadası tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.