Üçtərəfli işçi qrupunun növbəti iclası keçirildibackend

Üçtərəfli işçi qrupunun növbəti iclası keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 iyun 2022-ci il tarixində Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryanın və Rusiya Baş Nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun 10-cu iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın hökumət saytında məlumat dərc edilib.

Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərini müzakirə edərək mövqelərini yaxınlaşdırıblar.

Görüş zamanı, həmçinin Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan Respublikasının ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderləri arasında regionda nəqliyyat əlaqələrinin blokunun açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər.

yeniavaz.com