Üçtərəfli saziş: ermənilər buna görə narahatdırlarbackend

Üçtərəfli saziş: ermənilər buna görə narahatdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan-Azərbaycan-İran arasında dünən enerji sahəsində imzalanan saziş, sözsüz ki, rəsmi Bakıya xeyli dividentlər gətirəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.

Politoloqa görə, məsələnin dörd əsas cəhəti mövcuddur: “Birincisi odur ki, sazişdə 2 milyard kubmetr türkmən qazının İran vasitəsilə Azərbaycana çatdırılması nəzərdə tutulur. Bu, çox böyük rəqəmdir. Müqayisə üçün deyim ki, bu il Qərbə təxminən 5 milyard kubmetr qaz ixrac etmişik.

İkincisi, sözügedən saziş faktiki olaraq “Cənub-Şimal” və “Cənub-Qərb” tranzit xəttinin yenidən Azərbaycan üzərindən canlanmasıdır.

Üçüncüsü, bu sazişlə İran və Azərbaycan geosiyasi ziddiyyətləri kənara qoyaraq iki tərəfin də maraqlarına cavab verəcək və onları iqtisadi-siyasi sahədə yaxınlaşdıracaq yeni layihələrə start verirlər. Ermənistan ekspertlərinin dünəndən etibarən narahatlıq keçirmələri heç də təsadüf deyil. İndi Paşinyan “Cənub-Şimal” və “Cənub-Qərb” xəttinin Azərbaycanın kurasiyasında olduğunu daha yaxşı anlayacaq. Əgər rəsmi İrəvan Zəngəzur dəhlizini açsa, o da dividentlər əldə edə biləcək.

Sonuncu əsas məqam isə odur ki, bu sazişlə Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi-siyasi sahədə yaxınlaşma ola bilər. Brüssel ilk dəfə olaraq Azərbaycanın köməyi ilə Türkmənistan qazını əldə edə bilər. AB-nin təbii qaz məsələsinə aktual baxmasını nəzərə alsaq, bu saziş Qarabağ məsələsində Avropanın ermənipərəst siyasət aparmasını minimallaşdıracaq”.