Üçüncü Dünya Müharibəsi başlaya bilər: “Azərbaycan da bundan təsirlənəcək, çünki…”backend

Üçüncü Dünya Müharibəsi başlaya bilər: “Azərbaycan da bundan təsirlənəcək, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəşəriyyətin çox təhlükəli bir dövrə qədəm qoyduğunu artıq hamı dərk edir. İndi böyüklü-kiçikli ölkələr artıq öz ölkələrinin taleyi deyil, bütün dünyanın gələcəyi uğrunda narahat olmağa başlayıb. Çünki bizi gözləyən və ya yaxınlaşmaqda olan fəlakətlərin bütün bəşəriyyətə toxunacağı artıq qəbul olunur. Əlbəttə ki, söhbət Üçüncü Dünya Müharibəsi və ya astanasında olduğumuz nüvə müharibəsindən gedir”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə Üçüncü Dünya Müharibəsinin başlayacağı halında Azərbaycan da bundan təsirlənəcək: “Çünki nüvə müharibəsi ilə hədələyənlər və hədələnənlər hamısı bizimlə qonşudur və bu ölüm silahının işə salınması bizi də təsir altına ala bilər. Bundan başqa Üçüncü Dünya Müharibəsi başlayarsa, heç bir dövlət onun təsirinə məruz qalmadan keçinə bilməyəcək.

Amma digər münaqişə və kataklizmləri nəzərə alsaq , əlbəttə ki, Azərbaycan bu vaxta qədər bu hadisələrdən uzaq durduğu kimi bundan sonra da duracaq. Çünki Azərbaycan Respublikası Prezidenti və Azərbaycan dövlətinin apardığı diplomatik gedişlər nəticəsində biz bu münaqişələrin içinə daxil olmayacağıq. Diqqətlə nəzər yetirdikdə qonşularımızın hamısında qızğın münaqişələr gedir. Azərbaycan bu münaqişələrin ortasında azadlıq və sülh adasına bənzəyir. Bəzən adam inana bilmir ki, ətrafda gedən bu münaqişələr bizdən yan ötür. Təbii ki, bu, yalnız bizim dövlət başçımızın gərgin diplomatik səylərinin nəticəsidir. Bu diplomatiya nəticəsində ölkəmiz ona istiqamətlənən təhlükələrdən bacarıqla yayına bilir və hesab edirəm ki, bundan sonra da belə olacaq. Çünki beynəlxalq aləmdə siyasətimiz ən yüksək səviyyədədir və daxildə də xalq cənab Prezident İlham Əliyevin ətrafında möhkəm birləşib. Belə olan surətdə xaricdən gələn heç bir təhlükə bizim üçün təhdid deyil”.