Üçüncü dünya müharibəsi siqnalı verilir? – Moskvada hərbi təlim – FOTObackend

Üçüncü dünya müharibəsi siqnalı verilir? – Moskvada hərbi təlim – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin iqamətgahı və Rusiya Müdafiə Nazirliyinin binasına S-300 hava hücumundan müdafiə sistemlərinin quraşdırıldığı görüntülərinin ortaya çıxmasından sonra təlimlərin keçirildiyini açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Strateji nöqtələrdə S-300 hava hücumundan müdafiə sistemləri ilə təlimlərin keçirildiyini qeyd edən nazirlik Moskva vilayətində Qərb Hərbi Dairəsinin zenit-raket briqadasının şəxsi heyəti ilə təlim keçirildiyini bildirib.

Məlumata görə, təlim Moskva bölgəsində mühüm hərbi və inzibati obyektlərə hava hücumlarını dəf etmək üçün keçirilib.

Döyüş təlimində ümumilikdə 150-dən çox əsgər, 30-dan çox silah və hərbi xüsusi texnika iştirak edib.