“Üçüncü Dünya müharibəsinin astanasındayıq”- POLİTOLOQbackend

“Üçüncü Dünya müharibəsinin astanasındayıq”- POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki məqamda İran və İsrail hər ikisi başadüşürlər ki, iki ölkə arasında hansısa genişçaplı və böyük həcmli eskalasiya olsa, bunun bütün dünyaya təsiri ola bilər. Buna görə də, qarşılıqlı sərt bəyanatlar verilsə də, İran və İsrail qarşı-qarşıya genişçaplı mübarizədən çəkinirlər. Geniş müharibə olsa belə nə İranın, nə də İsrailin mütləq qələbəsindən söhbət gedə bilməz.

Bu sözləri NOCOMMENT.az-a müsahibəsində politoloq Tural İsmayılov deyib.

“İran-İsrail müharibəsi yaxın şərq üçün çox böyük təlatümlər vəd edə bilər ki, bu təlatümlər bütövlükdə qlobal, iqtisadi, siyasi münasibətlər sisteminə ağır zərbələr vura bilər. İran-İsrail müharibəsinin hansısa tərəfin qələbəsi ilə yekunlaşacağı gözlənilmir”.

İran_İsrail_bayrağı

Politoloq onu da qeyd edir ki, Üçüncü Dünya müharibəsi elementləri və riskləri çox genişdir. Yaxın şərqdə İsrailin bugün Husilərlə, Hizbullahla və Həmasla savaşı, İranla qarşıdurması, davam edən və sonu görülməyən Rusiya-Ukrayna müharibəsi, həmçinin, hər an gərginliyin partlaması ehtimalı olan Şimali Koreya və Cənubi Koreya, Çin-Tayvan məsələsi, Hindistan-Pakistan arasında həll olunmamış məsələlər Üçüncü Dünya müharibəsinin astanasında olduğumuzu söyləməyimizə əsas verə bilər.

“İran-İsrail arasındakı qarşıdurma ilk növbədə İrana təsir göstərir. İran bugün beynəlxalq sanksiyalar altındadır və İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar İranın iqtisadi vəziyyətinə kifayət qədər ciddi mənfi təsir göstərir.

iqtisadi tənəzzül

İsrailin Yaxın Şərqdə müxtəlif anti-İsrail qüvvələrinə qarşı apardığı müharibə onun özünü və iqtisadi imkanlarını çox ciddi şəkildə təhdid edir.

İstənilən bir müharibənin elementləri və təsirləri çox genişdir və onun ziyanları bütövlükdə dünyaya ciddi təsir göstərə bilər”.

 Aişə Əbdülova