Üçüncü tərəflərin Xəzərdə hərbi mövcudluğu bölgənin maraqlarına ziddirbackend

Üçüncü tərəflərin Xəzərdə hərbi mövcudluğu bölgənin maraqlarına ziddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu ölkənin xarici işlər naziri Rəşid Meredovla görüşdə bəzi üçüncü tərəflərin Xəzər dənizində hərbi mövcudluğa dair addımlarını regionun maraqlarına zidd adlandırıb.

NOCOMMENT.az “Borna News”un xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərin aspektləri, regional və beynəlxalq mövzular müzakirə edilib.

Bildirilib ki, iki ölkənin xarici işlər nazirləri Xəzərdə iqtisadi əməkdaşlığın və ikitərəfli mübadilələrin həcminin artırılmasının əhəmiyyətini vurğulayıb və Xəzər dənizinə qarşı ekoloji riski nəzərə alınmalı olan ciddi məsələ adlandırıblar.

Qeyd olunub ki, İranın XİN rəhbəri Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət başçıları səviyyəsində üçüncü Xəzər İqtisadi Forumunun keçirilməsi təklifi ilə də çıxış edib.