Cəlilabad sakini dələduzluqla məşgul olan maklerin qurbanı olub.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, rayon sakini Asəf Əliyev deyir ki, Bakıda təhsil alan oğlu ona zəng edərək kirayədə qaldığı evi daha ucuz qiymətə dəyişmək fikrində olduğunu bildirib. Ata razılıq verəndən sonra tövsiyyə olunan evlərin alqı-satqısı və kirayəsi ilə məşgul olan Hüseynov Murad Çingizxan oğluna müraciət edib. Murad Hüseynov ona 300 manata ev təşkil etdiyini deyib.
Həmin şəxsə pul göndəriləndən sonra əlaqə kəsilib. Asəf Əliyev Murad adlı şəxin onu aldatdığını deyir.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.