“Ucuz Market” önündə təhlükəli toqquşma – FOTObackend

“Ucuz Market” önündə təhlükəli toqquşma – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza 17-ci mikrorayonda, Məhəmməd Əsədov küçəsində, “Ucuz Market”in qarşısında qeydə alınıb.

NOCOMMENT.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə zamanı Ford Tranzit markalı yük avtomobili ilə Beijing markalı minik maşını toqquşub. Zərbənin təsirindən avtomobillərə ciddi ziyan dəyib, yol nişanları aşaraq sıradan çıxıb.

Şahidlərin bildirdiyinə görə, qəza ərazisində bir müddət nəqliyyatın hərəkətində çətinlik yaranıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

İlkin məlumatlara əsasən, qəza nəticəsində xəsarət alan olmayıb.