Ucuzlaşan və bahalanan məhsulların adları AÇIQLANDI – RƏSMİbackend

Ucuzlaşan və bahalanan məhsulların adları AÇIQLANDIRƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yanvar-iyul aylarında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 5,3%, qeyri-ərzaq məhsullarının qiyməti 1,3%, xidmətlərin tarifləri isə 1% artıb.

NOCOMMENT.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, iyun ayı ilə müqayisədə iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 0,7% aşağı düşüb.

Bu ilin iyun ayı ilə müqayisədə iyul ayında:

Çörək, çörək məmulatları və yarmalar – 0,2%, ət və ət məhsulları – 0,1%, yumurta – 2,7%, tütün məmulatlar – 3% bahalanıb.
Balıq və balıq məhsulları 0,4%, kərə və bitki yağları – 0,1%, meyvələr – 3,2%, tərəvəzlər – 3,9%, qənd, cem, bal, şokalad və konfetlər – 0,1%, spirtli içkilər – 0,5% ucuzlaşıb.

Süd və süd məhsulları, çay, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətində isə heç bir dəyişiklik olmayıb. Yeniavaz

NOCOMMENT.az olaraq isə apardığımız müşahidələrə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə qida və qeyri-qida sektorinda müvafiqə olaraq 6-15% qiymət artımınının olduğunu deyə bilərik.