UEFA erməni bayrağına görə intizam işi açdıbackend

UEFA erməni bayrağına görə intizam işi açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində keçirilən “Marsel” – “Qalatasaray” oyununda (0:0) baş vermiş insidentlə bağlı intizam işi açıb.

NOCOMMENT.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məsələyə oktyabrın 18-də baxılacaq. Yekun qərar isə oktyabrın 22-də açıqlanacaq.

Xatırladaq ki, Fransada keçirilən görüş azarkeşlər arasındakı qalmaqala görə 37-ci dəqiqədə dayandırılıb. Hadisəyə yerli fanatların tribunada Ermənistan bayrağı açması səbəb olub. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atıblar.
Unikal.org