UEFA Fələstinə dəstək verdiyi üçün “Seltik”i cəzalandırdıbackend

UEFA Fələstinə dəstək verdiyi üçün “Seltik”i cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında “Atletiko Madrid”lə matçda Fələstinə dəstək şüarları səsləndirən “Seltik”i cəzalandırıb.

NOCOMMENT.az xəbər verir ki, Fələstinə tribunadan dəstək verdiyi üçün UEFA “Seltik”i 17500 avro cərimələyib.
UEFA-dan verilən açıqlamaya görə, cəza oktyabrın 25-də oynanılan və 2:2 hesablı bərabərliklə başa çatan matçda ev sahibi “Seltik” azarkeşlərinin Fələstin lehinə səsləndirdiyi şüarlar və pankartların “aqressiv məzmunlu təxribatçı mesajlar” kimi qiymətləndirilməsi səbəbindən verilib.

Şotlandiya təmsilçisi açıq qalmalı olan tribunalar arasındakı boş yerləri doldurduğuna və atəşfəşanlıq yandırdığına görə ümumilikdə 11500 avro daha çox cərimələnib. “Atletiko” atəşfəşanlığa görə 3 min avro cərimələnib.