UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşibbackend

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın “Fiorentina” klubu Belçikada “Brügge”nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. “Olimpiakos” Yunanıstanda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib – 4:2.