UEFA: Milli çempionatlarla bağlı məsələ, sadəcə, tövsiyədirbackend

UEFA: Milli çempionatlarla bağlı məsələ, sadəcə, tövsiyədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinə aydınlıq gətirib.

NOCOMMENT.az-ın “France-Press” nəşrinə istinadən məlumatına görə, bu barədə qitə futbol qurumunun prezidenti Aleksander Çeferin Fransanın “Lion” klubunun rəhbəri Jan-Mişel Olaya məktubunda yazıb.

Sloveniyalı funksioner bildirib ki, UEFA-nın yerli liqaların sözügedən müddətdə yekunlaşdırılması rəsmi qərar deyil, sadəcə tövsiyədir.

Qeyd edək ki, “Lion” avrokuboklardan kənarda qaldığı üçün Fransa Peşəkar Futbol Liqasından UEFA-ya şikayət edib və Liqa 1-in vaxtından əvvəl bitirilməsi qərarı ilə əlaqədar iki iddia qaldırıb. Qurum isə klub rəhbərliyinə məktub göndərərək, milli çempionatların avqustun 3-dək başa çatdırılması məsələsinin yalnız tövsiyə olduğunu bildirib.