UEFA-nın “Barselona”ya dair işə baxacağı tarix müəyyənləşibbackend

UEFA-nın “Barselona”ya dair işə baxacağı tarix müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA İspaniyanın “Barselona” klubunun maliyyə qaydalarını pozmasına dair işə baxacağı tarixi müəyyənləşdirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, UEFA “Barselona” ilə bağlı işə gələn ilin fevral ayında baxacaq

“Barselona” UEFA-nın maliyyə yoxlaması aparacağı yeganə komanda deyil. Siyahıda “Milan”, “Pari Sen-Jermen” və “Mançester Siti” də var.

UEFA-nın maliyyə qaydalarına əsasən, klubların xərclərini gəlirləri kompensasiya etməlidir.

Əgər klubun maliyyə qaydalarını pozması təsdiqini taparsa, komanda növbəti il Çempionlar Liqasında iştirak hüququndan məhrum edilə bilər.