UEFA-nın İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.
NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Cəzaya Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”la matçda baş vermiş müxtəlif pozuntular səbəb olub. Ağdam təmsilçisi “komandanın intizamsız davranışına” görə 9 min avro cərimələnib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğdə cəzaya məruz qalıb.
Xatırladaq ki, sözügedən matç “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.