UEFA səfər oyunları üçün Azərbaycan klublarına vəsait ayıracaqbackend

UEFA səfər oyunları üçün Azərbaycan klublarına vəsait ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA avrokubokların təsnifat mərhələlərinin oyunları üçün səfərə yollanacaq komandalara pul ayıracaq.

Bu barədə NOCOMMENT-ə “Qarabağ”ın baş meneceri Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qonaq komandanın çarter reysinin təşkili məqsədilə həmin klublara 40 000 avro ödəniləcək.

Qeyd edək ki, 2020/2021-ci illər mövsümündə Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” təmsil edəcək. Hər 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təsnifat görüşləri 1 oyundan ibarət olacaq.