Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İtaliya yığması ilə Avro-2024-ün seçmə mərhələsində azarkeşlərin irqçi davranışlarına görə Ukrayna Futbol Federasiyasına (UAF) sanksiya tətbiq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib .
UAF-nin 20 min avro cərimə ilə cəzalandırılması qərara alınıb. Bundan başqa, Ukrayna yığmasının növbəti ev matçını keçirəcək stadion qismən bağlanmalıdır. Təşkilatçılardan ən azı 5 min tamaşaçının iştirakını azaltmaq tələb olunur.
Ukrayna – İtaliya matçı noyabrın 20-də Almaniyada baş tutub . Görüş 0:0 hesabı ilə başa çatıb.