Uğurlu bir gün üçün bu qaydalara əməl edinbackend

Uğurlu bir gün üçün bu qaydalara əməl edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni gün yeni həyat deməkdir. Gününüzün daha yaxşı keçməyini istəyirsinizsə ekspertlər aşağıdakı səkkiz qızıl qaydaya  əməl etməyinizi məsləhət görür.

NOCOMMENT.az ekspertlərin məsləhət gördüyü qaydaları sizə təqdim edir.

İlk növbədə yatmazdan qabaq stress və narahatçılığa səbəb olan xəbərlərdən uzaq olun. Daima əlinizdə olan smartfonları kənara qoyaraq sevdiklərinizə vaxt ayırmağınız daha yaxşı olar.

İkinci qaydada yeddi saatdan çox yatmağınız tövsiyyə olunur. Bu sizi stress və depressiyadan uzaq tutacaq. Normal yuxu rejimi yaddaş güclənməsinə də müsbət təsir edir.

Üçüncüsü planladığınız zaman oyanın. Əgər bir insan saat 6-da oyanmağı planlaşdırıb ancaq 4-də və ya 9-da oyanırsa bu durum onun ruh halına mənfi təsir göstərəcək.

Dördüncü- yataq otağından dərhal çıxın. Bu özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək.

Beşinci- meditasiyayla məşğul olun. Səhərləri istədiyiniz arzu və planlarınızın reallaşdığını xəyal edin.

Altıncı qaydada musiqi sədaları altında səhər məşqlərinə vaxt ayırmağınız məsləhət görülür.

Yeddinci- beyin fəaliyyətini gücləndirən səhər yeməyindən imtina etməyin.

Səkkizinci- Mark Tvenin də dediyi kimi hər hansısa çətin tapşırığı yerinə yetirin. Bu sizi gün ərzində özünüzü daha yaxşı və güclü hiss etmənizə kömək edəcək.