Uğurlu plastik cərrahiyyənin əsas şərtləri hansılardır?backend

Uğurlu plastik cərrahiyyənin əsas şərtləri hansılardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT saytı plastik, estetik və rekonstruktiv cərrah Elnur Mehrəli ilə müsahibəni təqdim edir.

  • Kişilər və qadınlar daha çox hansı estetik əməliyyata müraciət edirlər?
  • Kişilər və qadınlar cinsindən asılı olmayaraq estetik əməliyyata ona görə müraciət edirlər ki, onların olduqları yaş bilinməsin. Yəni yaş faktorundan asılı olaraq qırışların yaranması, qocalıq sindromu, ağ tüklərin əmələ gəlməsi, əzələ boşalması, yaxud keçəlləşmə prosesi və s. bu kimi problemlərin olmaması üçün müraciət edirlər. Kimisi saç tökülməsinə görə, kimisi göz qapaqlarının sallanmasına görə, kimisi üzünün əzələ boşalmasına görə, kimisi qırışlarına görə həm kosmetoloji prosedurlar etdirə bilirlər, həm də estetik əməliyyatlar. Bir sözlə, daha çox gəncləşmək üçün müraciət edirlər.
  • Bu gün plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə ali təhsil almadan, 1-2 aylıq kurs keçməklə plastik cərraha “çevrilən” qeyri-ixtisas həkimləri var. Bunlara münasibətiniz necədir?
  • Dünyada qəbul olunmuş qaydalar vardır ki, tibbi təhsili olmayan heç bir kəsin tibbi müdaxilə, tibbi prosedurlar və cərrahiyyə əməliyyatları etməyə haqları, hüquqları yoxdur. Təəssüf ki, Azərbaycanda bu gün müxtəlif peşə sahibləri qeyri-ixtisaslaşmış sahələrdə kurs keçərək nəsə öyrənib cərrahi müdaxilələr icra edirlər. Təbii ki, onların kifayət qədər ağırlaşmış fəsadları olur ki, növbəti dəfə bizlərə müraciət edirlər. Bu baxımdan da təbii ki, bu kimi hallar normal qarşılanmır.
  • Uğurlu plastik cərrahiyyənin əsas şərtləri hansılardır?
  • Ümumiyyətlə, ilk növbədə pasiyent amili ön planda olmalıdır. Pasiyentin qəbulu, istəklərinin detallı öyrənilməsi, eyni zamanda sağlıq durumu önəm daşıyır. Yəni sağlıq durumunun yerində olması, müayinədə heç bir problem çıxmaması önəmlidir.
  • Sizin icra etdiyiniz əməliyyatlarda, adətən, yara izi və tikiş yeri qalmır. Bunu nəyə borclusunuz, yoxsa digər faktorlar da var?
  • Ümumiyyətlə, estetik cərrahiyyənin qarşısında duran əsas məqsədlərdən biri məhz estetikliyi qorumaq üçündür. Başqa əməliyyatların mahiyyətində cərrahiyyə əməliyyatının gedişatı daha önəmlidirsə, yaranın izinin, tikişlərin sayının heç bir önəmi yoxdursa da, plastik cərrahiyyə əməliyyatlarında bu, əməliyyatın özü qədər çox önəmlidir. Çünki estetik əməliyyat üçün müraciət edən pasiyentlərin əksəriyyəti həm də əməliyyatın izinin qalmamasını istəyirlər. Buna görə də bütün bu səbəbləri göz önündə tutaraq yaraları maksimal dərəcədə estetik tikişlərlə və seçdiyimiz çox incə saplarla tikdiyimizə görə, təcrübəmizi bu işdə ortaya qoyaraq müvəffəqiyyətli bir işə nail olmuş oluruq.
  • Kifayət qədər uğurlu mədə kiçiltmə əməliyyatı icra etmisiniz. Ən yüksək çəkili xəstəniz neçə kq olub?
  • Ən yüksək çəkili pasiyentlərimiz 150-160 kq çəkidə olub.
  • Süd vəzi implantı qoyulmuş qadın ana olduqdan sonra süd verə bilərmi?
  • Bəli, verə bilər.
  • Üz gəncləşdirmə əməliyyatı haqqında nə deyə bilərsiniz? Bu əməliyyat üçün yaş faktoru varmı?
  • Bəli, əlbəttə ki, daha çox 40 yaş üstü pasiyentlər müraciət edirlər. 75-80 yaşlarında olan pasiyentlər də bu əməliyyat üçün müraciət edə bilərlər. Hər bir insan gənclik dövründə olduğu kimi görünmək istəyir, bu tip əməliyyatlar da məhz bunun üçündür.
  • Liposaksiya əsasən kimlərə tövsiyə olunur?
  • Liposaksiyanın tövsiyə olunduğu pasiyentlər qrupu aşırı dərəcədə köklükdən əziyyət çəkən pasiyentlər deyil. Bunu bir mənalı olaraq vurğulamalıyıq. Bu əməliyyat daha çox artıqlıq təşkil edən idman, gimnastika, dieta sayəsində getməyən, bərkləşən və bədəndə artıq piy topaları şəklində yığılan və pasiyentlərin komplekslərindən dolayı müraciət etdikləri əməliyyat növüdür. Liposaksiya əməliyyatı bizim son texnologiya ilə icra etdiyimiz əməliyyatdır. Çünki icra etdiyimiz əməliyyatlar sıfır dərəcəli risk qrupuna malikdirlər, heç bir risk daşımır. Heç bir damar-sinir zədələnmələri olmur. Eyni zamanda da istədiyimiz nəticələri almağımız asanlaşır.
  • Liposaksiya əməliyyatından sonra yenidən kökəlmə riski varmı?
  • Başqa həkimlərin uğursuz əməliyyatlarından sonra bizə müraciət edən pasiyentlər tərəfindən bu suallar bizə son zamanlar çox ünvanlanır, lakin mən əminliklə və şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bizim son texnologiya ilə icra etdiyimiz əməliyyatlarda belə hallar olmur. Bir sözlə, bizim liposaksiya əməliyyatı icra etdiyimiz pasiyentlər təkrar piylənmədən əziyyət çəkmirlər.