Uğurumuzu həzm edə bilməyən düşməndən növbəti alçaqlıq – FOTObackend

Uğurumuzu həzm edə bilməyən düşməndən növbəti alçaqlıq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə Polşanın “Legiya Varşava” klubunu 0:3 hesabı ilə məğlub edərək UEFA Avropa liqasında qrup mərhələsinə vəsiqə qazanan klubumuz “Qarabağ”a qarşı düşmən növbəti dəfə çirkin addım atıb.

NOCOMMENT.az xəbər verir ki, “Qarabağ”ın əksinə, dünən öz evində 1:2 hesabı ilə uduzan Ermənistanın “Ararat” klubu azarkeşlərini və ölkəsini məyus edib. Bunun nəticəsi kimi işğalçı dövlətin tanınmış xəbər saytlarından biri olan “news.am” informasiya portalı klubumuzun bu uğuruna paxıllıq edərək onun püşkatma nəticəsində yer aldığı I qrupunda adını sadəcə “Azərbaycan klubu” kimi qeyd edib.

Onsuz da beynəlxalq aləmdə nüfuzunu getdikcə itirən işğalçı dövlət olan Ermənistan bu cılız addımı ilə bir daha zəifliyini sübut edib.
Offsideplus.az