Ukrayna 1944–1951-ci illərdə deportasiya olunanlara kompensasiya verəcəkbackend

Ukrayna 1944–1951-ci illərdə deportasiya olunanlara kompensasiya verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski 1944–1951-ci illər arasında ukraynalıların Polşadan çıxarılması ilə bağlı qəbul edilən qərarların qeyri-qanuni sayılması haqqında qanunu imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc olunmuş qanun layihəsinin məlumat kartında əksini tapıb.

Bildirilib ki, 1944-cü ildə Polşa Milli Azadlıq Komitəsi Belarus SSR, Ukrayna SSR və Litva SSR ilə müqavilələr imzalayıb. Bu sənədlər Polşa ordusuna ukraynalıların zorla deportasiyasına imkan verib. Nəticədə 480 min nəfər Sovet İttifaqının ərazisinə köçürülüb.

Yeni qanuna əsasən, Kiyev həmin dövrdə deportasiya olunanlara və onların nəslinə kompensasiya və sosial təminatlar verməyi öhdəsinə götürür.