Ukrayna 6 nazir müavinini işdən azad etdibackend

Ukrayna 6 nazir müavinini işdən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hökuməti müdafiə nazirinin 6 müavinini və departamentin dövlət katibini işdən azad edib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

O, Telegram kanalında yazıb ki, hökumətin qərarı ilə nazir müavinləri Vladimir Qavrilov, Vitali Deyneqa, Anna Malyar, Rostislav Zamlinski, Denis Şarapov və Andrey Şevçenko işdən çıxarılıb. Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko da işdən çıxarılıb. Yalnız nazirin birinci müavini Aleksandr Pavlyuk öz vəzifəsini qoruyub.