Ukrayna ABŞ-dan daha çox silah İSTƏYİRbackend

Ukrayna ABŞ-dan daha çox silah İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ABŞ Müdafiə Nazirliyindən HIMARS reaktiv yaylım atəş sistemləri, M777 artilleriya qurğuları üçün sursatları, eləcə də pilotsuz uçuş aparatları istəyib.

NOCOMMENT.az xəbər verir ki, bunu “Bloomberg” agentliyinə açıqlamasında Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib.

“Raket sistemlər Rusiya ərazisini bombalamaq üçün yox, sadəcə olaraq ərazimizin istənilən nöqtəsini vurmaq üçün lazımdır”, – deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın artıq bir çox belə sistemlər alsa da, daha çox uzaqmənzilli silahlara ehtiyacı var.

Səfir bildirib ki, Pentaqon rəsmiləri Ukraynaya nə lazım olduğunu bilirlər.

modern.az