Ukrayna ABŞ-dan LNG almağı planlaşdırırbackend

Ukrayna ABŞ-dan LNG almağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almaq üçün əhəmiyyətli potensialı var.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Andrey Sıbiqa bildirib.

Bundan əlavə, onun sözlərinə görə, Ukrayna tərəfi Amerika şirkətlərini döyüşlərdən sonra ölkənin bərpasında iştirak etməyə dəvət edib.

Dekabrın ikinci yarısında Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK ABŞ-dan 100 milyon kubmetr həcmində mayeləşdirilmiş təbii qazın ilk partiyasının gəldiyini elan etdi. Bu, ABŞ-dan ilk belə çatdırılma idi.