Ukrayna və ABŞ arasında nadir torpaq metalları müqaviləsində deyilir ki, Amerika tərəfi ölkənin davamlı sülhün qurulması üçün təhlükəsizlik təminatları əldə etmək səylərini dəstəkləməyi öhdəsinə götürür.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
Nəşrin məlumatına görə, danışıqlarda iştirak edən tərəflər sazişin yekun variantını çərşənbə günü, fevralın 26-da hazırlayıblar. Şmıqal vurğulayıb ki, saziş bu gün axşam saatlarında ölkə hökuməti tərəfindən təsdiqlənməlidir.